ARİF BABAYEV

25.09.1928- 26.08.1983

Arif Hacıağa oğlu Babayev 1928-ci il sentyabrın 24-də İçərişəhərdə, Şirvanşahlar sarayının yanındakı Qəsr küçəsində anadan olub. Uşaqlıqdan incəsənətə böyük marağı olan Arif peşəkar səhnəyə erkən yaşlarından ayaq açıb. Böyük aktyorumuz Ağadadaş Qurbanov rejissor kimi quruluş verdiyi "İbrət” tamaşasında Arifə epizodik rol tapşırır. 1947-1953-cü illərdə o, M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alır. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində, 1968-ci ildən "Azərbaycanfilm” kinostudiyasında bir neçə bədii filmin quruluşunu verib. Azərbaycan kinosunda "müəllif” kinosunun parlaq  nümayəndələrindən sayılan Arif Babayevin filmləri özünəməxsus xüsusiyyəti ilə seçilirdi. 1962-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülən rejissor 26 avqust 1983-cü ildə 54 yaşında vəfat edib.

Filmoqrafiya  

Sənədli film

"Dostluq dili” 1959

"Xəzərdə möcüzə” 1961

"Xəzər sahilində şəhər” 1962

"Şən əhvalatlar” 1963

"Şəhərimizin uşaqları” 1964

"10 dəqiqə poeziya” 1965

"Artek”in bütün qızılı” 1965

"Biz arzu edənlər nəslindənik” 1965

"Molbertlə dünya ölkələrinə səyahət” 1965

"Şəhər üzərində mahnı” 1965

"Şirəli dağdan endi” 1966

"Ürəkdən-ürəyə” 1970

"Vətəndaş sərnişinlər...” 1971

Bədii film

"Zirvə” 1964

"İnsan məskən salır” 1967

"Uşaqlığın son gecəsi” 1968

"Gün keçdi” 1971

"Ömrün ilk saatı” 1973

"Alma almaya bənzər 1975

"Arxadan vurulan zərbə” 1977

"Bizi bağışlayın” 1979

"Birisigün, gecəyarısı...” 1981