AYAZ SALAYEV

01.08.1960

Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsini bitirib.1983-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyasında və "Azərbaycanfilm”də redaktor vəzifəsində çalışıb. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film” fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa” filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən təxminən otuz müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Müəllifi olduğu "Retro” verilişi dövrünün sanballı televiziya layihələrindən biri olmaqla yanaşı kino zövqünün formalaşmasında müstəsna xidməti olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Hazırda "Azərbaycanfilm” kinostudiyasında baş redaktor vəzifəsində çalışır. Bir neçə sənədli filmin ssenari müəllifidir.  

Filmoqrafiya 

"Ata” 1989

"Yarasa” 1995

"Anlam” 1998

"Ağ-qara gecələr” 2014