CEYHUN MİRZƏYEV

09.04.1946-05.03.1993

Ceyhun Mirzəyev 9 aprel 1946-cı ildə Ağdamın Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Bir müddət Moskvada da təhsil alıb. 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. İlk dəfə "Görüş” filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana”ya dəvət alır. Bu filmindən sonra sənətdə Ceyhuna "yaşıl işıq” yanır. "Əsl dost” (1959), "Matteo falkone” (1960), "Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), "Yenilməz batalyon” (1965), "Qanun naminə” (1968) "Dəli Kür” (1969), "Bakıda küləklər əsir” (1974), "Yol əhvalatı” (1980), "Qanlı zəmi” (1985), "Lətifə” (1989) də daxil olmaqla 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır. Sənətə aktyorluqla başlasa da, rejissorluğa da böyük həvəsi vardı. Elə buna görə də İncəsənət İnstitutunun (İndiki Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsini bitirir. Moskvada təcrübə keçib qayıdandan sonra isə "Mozalan”da bədii rəhbər işləyirdi. Burada o rejissor kimi 100-dən çox süjet çəkmişdi. Üstəlik, bədii rəhbər çalışdığı müddətdə bir çox istedadlı gənclərə orada işləməyə şərait yaradır. Güclü parodiyaçılıq qabiliyyətinə malik olan Ceyhun bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan”ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. 90-cı illər nəsli üçün isə "Ceyhun Mirzəyev” adı "Fəryad” filmi ilə bərabər çəkilir. Amma təəssüf ki, son çəkdiyi bu filmi özü görə bilmir.  Televiziyada çəkiliş vaxtı özünü pis his edən Ceyhun evə güclə çatdırılır. Və 1993-cü ilin mart ayının 5-də vəfat edib.

Filmoqrafiya

Qısametrajlı və sənədli filmlər

"Defisit qliserin” 1975

"Qunduzdan söhbət açaq” 1976  

"Hamıya! Hamıya!! Hamıya!!!” 1977

"Qiymətli tüstü” 1978  

"Səbəblərdən biri” 1978

"Təşəkkür” 1978

"Çətin sual” 1979

"Məntiqi sual” 1979

"Qaş düzəldən yerdə...” 1980

"Buxarlanan vədlər” 1980

 "Axtaran tapar” 1980

"İsrafçılıq” 1980

"Məşədi İbad-80, yaxud köhnə tanışlar” 1980

"Mükafat, yoxsa...” 1980 

"Narazılıq” 1981 

"Baş tutmayan ziyafət” 1981

"Çarə” 1981

"İmtahan” 1982

"Bir məktubun izi ilə” 1982

"DHD” 1982

"Əlamət” 1982

"Hansı peşə yaxşıdır”  1982

"Xırdavat” 1982

"Yağışlı havalarda” 1982

"İmtahan” 1982

"Taxtası və saxtası” 1982

"İntizam”  1983 

"Fırıldaqçı” 1983

"Daş münasibət” 1983

"Orijinal üsul” 1983

"Su niyə yoxdur?” 1983

"Torpağa düşməsin havayı bir dən” 1983

"Bəxtəvər” 1984

"Damğa” 1984

"Eksperiment” 1984

"Gözəyarı” 1984

"Örtülü bazar” 1984

"Şərt” 1984

"Yanlış da bir naxışdır” 1984

"Cazibə qüvvəsi” 1985

"Pərvanələr” 1985

"Xəbərdarlıq” 1985

"Ay müştəri...” 1986

"Şikayətçilər...” 1987

"Meşə xəlvət...” 1988 

"Növbənöv...” 1988 

"Haray” 1989 

"Vəssəlam-şüttəmam” 1990

"Kimə inanaq?” 1990

"Qonşuya ümid olan...” 1990  

"Məsuliyyətsizlik” 1991

"Tətil” 1991

 "Nəticə” 1991  

"Olan yerdən umarlar”  1991

"Şərabçıyam, şərabçı” 1991

"Heyvandarların gileyi” 1991

"Quq-qulu-qu” 1992

"Sizdən hərəkət...” 1992 

Bədii filmlər

"Ən vacib müsahibə” 1971- rejissor assistenti

"Axırıncı aşırım” 1971 - rejissor assistenti

"Bəyin oğurlanması” 1986 – quruluşçu rejissor

"İşarəni dənizdən gözləyin” 1986 -  quruluşçu rejissor

"Fəryad” 1993-  quruluşçu  rejissor