CƏMİL QULİYEV

03.07.1963

Quliyev Cəmil Elşad oğlu 1963-cü ildə Bakı şəhərində anadan olub. Ümumittifaq Kinematoqrafya İnstitutunda Kinorejissorluq ixtisası üzrə təhsil alıb. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rejissor kimi çalışıb. Bir neçə bədii, sənədli, qısametrajlı bədii filmin, mozalan satirik jurnalının bədii sujetlərinin müəllifidir. Cəmil Quliyev eyni zamanda aktyor kimi də bir neçə filmlərə çəkilib. "Yarasa" bədii filminin və "Ocaq" sənədli filminin prodüseri, "Etiraf" bədii filminin bədii rəhbəri olmuşdur.  Quruluş verdiyi filmlər bir neçə xarici festivalda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimidir. Azərbaycan Dövlət Film Fondunun direktoru olan Cəmil Quliyev hazırda İctimai Televiziyanın direktoru vəzifəsində çalışır. 

Filmoqrafiya

Sənədli və qısametrajlı filmlər 

"Marş" - 1982 – (qısametrajlı bədii film- rejissor)

"Balıq günü" - 1983 – (qısametrajlı bədii film- rejissor)

"Bayramda yağış" - 1985 –(qısametrajlı bədii film- rejissor)

"Etiraf" - 1992 – (bədii, ssenarist)

"Həsənbəy Zərdabi" - 1992 – (sənədli- rejissor)

"Yol" - 1993 – (sənədli, rejissor)

"Qala" - 1994 –(sənədli, rejissor)

"Ömər Eldarov" - 1997 – ( sənədli, rejissor)

"Kədərimiz, vüqarımız" - 1998 – (sənədli, rejissor)

"Nəsrulla Nəsrullayev" - 1999 – (sənədli, rejissor)

"General Hüseyn Rəsulbəyov" - 1999 – ( sənədli, rejissor)

"Bir ömrün sədası" - 2000 –(sənədli, rejissor)

"Arif Babayev" - 2000 –(sənədli, rejissor)

"Akademik İzzət Orucova" - 2000 – (sənədli, rejissor)

"Həsən Seyidbəyli" - 2002 –(sənədli, rejissor )

"Fikrət Əmirov" - 2004 – (sənədli, rejissor)

"Qocalar” 2008 (Qısametrajlı film-məsləhətçi)

"Bir addım” 2009 (Qısametrajlı film-bədii rəhbər)

"Sahə” 2010-(Tammetrajlı film -bədii rəhbər)

"Mayak” 2012 (Qısametrajlı film-məsləhətçi)

Bədii film

"Cansıxıcı əhvalat" 1988

"Şirbalanın məhəbbəti" 1992