ELÇİN MUSAOĞLU

11.07.1966


Elçin Musaoğlu 11 iyul 1966-cı ildə Bakıda anadan olub. M.A. Əliyev adına ADİİ-nun rejissorluq fakültəsində (1983-1990), Moskva Teatr İnstitutunda Mark Zaxarovun kursunda təhsil alıb (1989-1990). "Azərbaycanfilm" kinostudiyasında (1990), Akademstudioda(1992), "Azərbaycantelefilm" YB-də (1994-2004) çalışıb. 2005-ci ildən Ritm Prodakşnda çalışır. "Sinema Evi" Prodüser Mərkəzinin təsisçisidir. Azərbaycan Kinematoqrafçılar İttifaqının və Türkiyə Sənədli Filmçilər Birliyinin üzvüdür. Gənclər Nazirliyinin "İlin ən yaxşı kinorejissoru" (1999), Əl-Cəzirə Film Festivalı "Qızıl Mükafat"ının sahibidir (2006). "40-cı qapı" film layihəsi Focal cəmiyyətinin (İsveçrə) təyin etdiyi qrantın qalibi olub (2005). Film 2009-cu ildə 42-ci Beynəlxalq Hyuston Film festivalında "Gold Remi Award.Foreign"(Ən yaxşı xarici film) mükafatına layiq görülüb. 50-dən çox sənədli və bədii filmlərin müəllifi və rejissorudur.

Filmoqrafiya

"Qatil” (film, 1994)

"P. S.” (film, 1995)

"Valın üçüncü üzü” (film, 1996)

"Qum dənəsi” (film, 1997)

"Səyyahın gündəliyi” (1997)

"Azad Mirzəcanzadə” (1998)

"Rüstəm haqqında” (1999)

"Günəş və bulud” (film, 2000)

"İsmixan Rəhimov” (film, 2000)

"Küyçü Həmid” (film, 2000)

"O quzeylər” (film, 2000)

"Tofiq Bakıxanov” (film, 2000)

"Bir qəlbin iki dastanı” (film, 2001)

"Gəmiqaya” (film, 2001)

"Havalansın Xanın səsi” (film, 2001)

"Qaya” (film, 2001)

"Mingəçevir. Birinci film” (film, 2001)

"Mingəçevir. İkinci film” (film, 2001)

"Rəşid Behbudov” (2001)

"Ruhun rəngləri". Nərminə Vəliyeva (film, 2001)

"Şəfiqə Baxşəliyeva” (film, 2001)

"Usta Rəşid” (film, 2001)

"Basqal” (film, 2002)

"Fotoqraf” (film, 2002)

"Gözümün İşığı” (2002)

"Gülağa Məmmədov” (film, 2002)

"Lütfiyar İmanov” (film, 2002)

"Maestro” (film, 2002)

"Mariya Titorenko” (film, 2002)

"Durnalar qayıtdı” (film, 2003)

"Firəngiz Əhmədova” (film, 2003)

"Şüşə Oyuncaqlar” (2003)

"Nur Payı” (2005)

"Qamış Şəhərin Yuxuları” (2006)

"Mən kitabımı başlayıram” (film, 2006)

"Günəş və bulud-2” (film, 2007)

"Qaşqayın son proqnozu” (film, 2007)

"Söz uşaqlara verilir” (film)

"40-cı qapı” (bədii film, 2009)

 "Nabat” (bədii film, 2014)