ELXAN QASIMOV

24.04.1945


Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən sürücü Əhməd kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya

"Bizim küçənin oğlanları” (film, 1973) ikinci rejissor

"Təcili yardım lazımdır” (film, 1974)

"Nizami Gəncəvi” (film, 1976)

"Cavabsız sual” (film, 1977)

"Məhəbbətin familiyası” (film, 1977)

"Cərimə yolları” (film, 1978)

"...balıq sevdası” (film, 1979)

"Uçurum üzərində cığır” (film, 1979)

"Xoruzun quyruğu” (film, 1980)

"Ürək yaddaşı” (film, 1981)

"Böyük anda sadiqik” (film, 1981)

"Qocalar, qocalar...” (film, 1982)

"Zərbə” (film, 1983)

"Köhnə bərə” (film, 1984)

"Ay çox, il çox...” (film, 1985)

"Nəticə” (film, 1985) (II)

"Təhlükə astanaları” (film, 1986)

"Nəticə” (film, 1986) (II)

"Atası yandı” (film, 1986)

"Mozalan"ın izi ilə” (film, 1991)

"Perspektivsiz tikinti” (film, 1991)

"Müstəqilliyin keşiyində” (film, 1996)

"Biz qayıdacağıq” (film, 2007)