ƏBDÜL MAHMUDOV

15.05.1944


Əbdül Mahmudbəyov 15 may 1944-cü ildə indiki Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub. Əslən Şamaxıdandır. Ana tərəfi Haşimi krallığından olduğu üçün həşimxanlılar deyərmişlər. Ata tərəfi isə Ərdəbildən olub. 1961-ci ildə orta məktəbi bitirib. Kinoya gəlişi uşaqlıq illərində çəkildiyi "Bir məhəllədən iki nəfər" və "Leyli və Məcnun" filmlərilə baş verib. Daha sonra M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Adil İsgəndərovun kursunda aktyorluq ixtisasında (1962-1966), Moskvada isə Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində Andrey Tarkovski, Leonid Trauberq, Vasili Şukşin və G. Daneliya kimi məşhur sənətkarlardan dərs alıb.(1971-1973). 1966-cı ildən "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi işləyib. Bir ara kinostudiyanın nəzdindəki kino-aktyor teatrının bədii rəhbəri olub. Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimidir.

Filmoqrafiya

"Bizim Cəbiş müəllim” (film, 1969) ikinci rejissor

"Dəli Kür” (film, 1969) ikinci rejissor

"Oxuyur Müslüm Maqomayev” (film, 1971) ikinci rejissor

"Ver verim” (film, 1974)

"Firəngiz” (film, 1975)

"Əcəmi Naxçıvani” (film, 1976)

"Ömür-gün sevdası” (film, 1976)

"Alıcının sərgüzəşti” (film, 1976)

"Qeyri-adi ov” (film, 1976)

"Üzü küləyə” (film, 1977)

"Şəhərlərin dostluğu” (film, 1978)

"Həyatın mənası” (film, 1979)

"Gözlə məni” (film, 1980) ikinci rejissor

"Mübadilə” (film, 1983)

"Layiqli namizəd” (film, 1984)

"Uğurlu təyinat” (film, 1984)

"Qanlı zəmi” (film, 1985)

"İkiqat təsərrüfatsızlıq” (film, 1985)

"Şəhərli biçinçilər” (film, 1986)

"Bağlı qapılar” (film, 1986)

"Doğma sahillər” (film, 1989)

"Gecə qatarında qətl” (film, 1990)

"Su bulandıranlar” (film, 1991)

"Əlavə təsir” (film, 2010)