ƏJDƏR İBRAHİMOV

29.04.1919- 20.09.1993

Əjdər İbrahimov 1919-cu ildə Aşqabad şəhərində anadan olub.  1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. Bir müddət Aşqabad kinostudiyasında çalışıb. 1954-1959-cu illərdə Bakı kinostudiyasında işlədiyi müddətdə o, Nazim Hikmətlə Anna Begiçevanın birgə yazdığı ssenari əsasında İlya Qurinlə birgə "Bir məhəlləli iki oğlan” filminə quruluş verir. 1958-ci ildə isə Əjdər İbrahimov sərbəst şəkildə öz böyük filmini — "Onun böyük ürəyi"ni yaratdı.  İkinci dünya müharibəsinin iştirakçısı olan rejissor  Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edib. 1962-ci ildən Əjdər İbrahimov "Mosfilm" kinostudiyasında fəaliyyətə başlayır. Moskvanın kino mühitində böyük nüfuza malik olan Əjdər İbrahimov burada bir neçə film, o cümlədən "Eşqim mənim, kədərim mənim” ilk türk-sovet bədii filmini yaradır.  Əjdər İbrahimov bir neçə kitabın da müəllifidir. "Vyetnamda gördüklərim" (1964), "Günəş ağlayır", (1971) "Döyüşən Vyetnamın kino sənəti" (1968), "Tai qəbiləsindən olan qız" (1970) kitabları oxucuların dərin marağına səbəb olmuşdur.  Onun əməyi yüksək qiymətləndirilmiş, SSRİ-nin Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və "Şərəf nişanı" ordenləri, eləcə də Vyetnam Demokratik Respublikasının Əmək ordeni ilə təltif edilib. Rejissor 1993-cü ildə Moskvada vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn edilib.

Filmoqrafiya

"Firuzə” (1953)

"Xəzərin Şərqində” (1953)

"Bir məhəllədən iki nəfər” (film, 1957)

"Onun böyük ürəyi” (film, 1958)

"İyirmialtılar” (film, 1966)

"Ulduzlar sönmür” (film, 1971)

"Qayınana” (film, 1978)

"Məhəbbətim mənim, kədərim mənim” (film, 1978)

"Qəribə adam” (film, 1979)

"Narahat adam” (film, 1985)