ƏLƏKBƏR MURADOV

01.08.1948- 01.08.2013

Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Bir müddər Lider TV-də və İctimai TV-də işləyib. Rejissor 1 avqust 2013-cü ildə vəfat edib.

Filmoqrafiya

"Kənd əhvalatı” (film, 1986)

"Armudu” (film, 1986)

"Zirzəmi” (film, 1990)

"Yaşar olduğu kimi” (film, 2001)

"Şuşa yolu..” (film, 2002)

"Dədə Şəmşir” (film, 2002)

"Güllələnmə təxirə salınır!” (film, 2003)

"Ərənlər” (film, 2005)

"Hacı Mail nağılı...” (film, 2005)

"Anamın duaları” (film, 2007)

"Sonuncu dərviş” (film, 2009)