FİKRƏT ƏLİYEV

12.12.1939


Fikrət Əliyev 12 dekabr 1939-cu ildə Bakı şəhərində anadan olub. 1962-66-cı illərdə İncəsənət institutunda Adil İskəndərovun kursunda, 1971-72-ci illərdə Moskvada Ali rejissor kurslarında təhsil alıb və "Azərbaycanfilm” kinostudiyasına qayıdaraq yaradıcı fəaliyyətini davam etdirib. 1966-cı ildə kinostudiyada rejissor asisstenti kimi işə başlayan Fikrət Əliyev quruluşçu rejissor səviyyəsinə yüksəlib və bu gün də fəaliyyətini davam etdirir. İlk işi 1972-ci ildə çəkilən, tamaşaçılar arasında rəğbət qazanmış "Baladadaşın məhəbbəti” filmi olub. "Mozalan” satirik kinojurnalında 20-yə yaxın süjetin müəllifi olan sənətkar, 1981-ci ildə "Qızıl uçurum”, 1986-cı ildə "Qoca palıdın nağılı” 1994-cü ildə "Yuxu,” 2009-cu ildə "Ölüm növbəsi”bədii filmlərinin quruluşçu rejissoru və bir sıra sənədli filmlərin rejissoru kimi çalışıb. İstedadlı sənətkar bir çox filmdə aktyor kimi çəkilib. "Torpaq, Dəniz, Od, Səma” filmində Böyük Murad rolu, "Dəli Kür” filmində Şamxal rolları yaddaqalan obrazlardandır.

Filmoqrafiya

"Uşaqlığın son gecəsi” (film, 1968) ikinci rejissor

"Gün keçdi” (film, 1971) ikinci rejissor

"İki dəfə iki” (film, 1973)

"Telefon sərgüzəştləri” (film, 1973)

"Tikilir, amma...” (film, 1973)

"Ömrün səhifələri” (film, 1974) ikinci rejissor

"Ürək... Ürək...” (film, 1976) ikinci rejissor

"Akt və fakt” (film, 1978)

"Arvadım mənim, uşaqlarım mənim” (film, 1978) ikinci rejissor

"Qızıl uçurum (film, 1980)

"Ay alan!” (film, 1981)

"Toxunma, partlayar!” (film, 1982)

"Azərbaycanda qoyunçuluq” (film, 1982)

"Bişmiş toyuğun gülməyi...” (film, 1983)

"Möhürlü yalan” (film, 1983)

"Xüsusi buraxılış” (film, 1983)

"Qoca palıdın nağılı” (film, 1984)

"Quraqlıq” (film, 1985)

"Su axır, gözüm baxır” (film, 1985)

"Nəticə” (film, 1986) (III)

"Nəticə” (film, 1986) (IV)

"Ölüm növbəsi” (film, 2009)

"Yuxu” (film, 2001)

"Axırıncı dayanacaq” (film, 2014)