HÜSEYN MEHDİYEV

19.03.1945


1945-ci il mart ayının 19-da Şəki şəhərində anadan olub.1977-ci ildə Moskva Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatoluq fakültəsini bitirib. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra sənədli və bədii filmlərin quruluşçu-operatoru, 1986-ci ildən quruluşçu rejissorudur.  1993-2001 illərdə "Azərkinovideo” İB-nin Baş direktor müavini, 1999-cu ildən isə Azərbaycan Kinorejissorlar Gildiyasının sədri vəzifəsində çalışır. "Dissonans”, "Ancaq adanı özünlə apara bilməzsən”, "Özgə vaxt” filmləri bir sıra beynəlxalq kinofestivallarda müxtəlif mükafatlara layiq görülüb.

Filmoqrafiya

"Qoca palıdın nağılı” (film, 1984)

"Şəhərli biçinçilər” (film, 1986)

"Süd dişinin ağrısı” (film, 1987)

"Şahid qız” (film, 1990)

"Brakonyer, yoxsa balıqçı?” (film, 1991)

"Diaqnoz” (film, 1991)

"Səhnədə keçən həyat” (film, 1991)

"Dostuma məktub” (film, 1992)

"Udi xalqı” (film, 1993)

"Özgə vaxt” (film, 1996)

"Məkanın melodiyası” (film, 2004)