QƏMƏR SALAMZADƏ

1908-1944 

Azərbaycanın ilk qadın kinorejissoru Qəmər xanım Salamzadəni əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyüdüb. O Moskvada Ali Kinematoqrafiya İnstitutunu bitirib, ötən əsrin əvvəllərində dünyada məşhur olan rejissorlarla görüşüb, onların emalatxanasında rejissorluq sənətini öyrənib. Arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Üzləşdiyi təzadlar onu da sarsıdıb. Çox vaxt azərbaycanlı xanımı hansısa çəkiləcək bir filmə rejissor təyin etsələr də, son anda ya bir erməni, ya da Moskvadan gəlmiş kimsə bu vəzifəni yerinə yetirirdi. Qəmər Salamzadənin "Azərbaycanfilm" Kinostudiyasındakı əsas fəaliyyəti Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Beləliklə, "Səhər" romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın - Qəmər Salamzadə öz töhfəsini verə bilib. O 1937-ci ildə "Dəcəl dəstə” adlı ilk səssiz uşaq filmini çəkib. Bu film dünyanın ən yaxşı səssiz uşaq filmləri arasındadır.

Filmoqrafiya

"Rəqs edən bağalar” (film, 1935)

"Dəcəl dəstə” (film, 1937)

"Ordenli Azərbaycan” (film, 1938)

"Şəfa nəğməsi” (film, 1944)