LƏTİF SƏFƏROV

30.09.1920- 09.12.1963

Lətif Bəşir oğlu Səfərov 1920-ci il sentyabrın 30-da doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı” ("Tunc ayı”) filmində çəkilib. Sonra yaradıcı heyətlə Bakıya gələn balaca Lətif studiyada ştata da qəbul olunub. 1928-1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarında oynayıb.O, 1931-ci ildə Gəncə Pedaqoji texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb.1940-cı ildə arzusunda olduğu Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Məşhur rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib. Müharibənin başlaması ona təhsilini davam etdirmək imkanı verməyib, Bərdəyə qayıdıb və 1941-1946-cı illərdə burada müəllimliklə məşğul olub. 1946-cı ildə Moskvaya qayıdan gənc Lətif təhsilini davam etdirir. 1950-ci ildə təhsilini başa vurub professional sənətkar kimi Bakıya dönür, kinostudiyada fəaliyyətə başlayır.  Lətif Səfərov Azərbaycan kinosuna peşəkar kinorejissor kimi gəlib və bir çox qiymətli filmlər: "Bəxtiyar”, "Qızmar günəş altında”, "Leyli və Məcnun”u yaradıb.

 

Filmoqrafiya

"Çağırışa cavab” (film, 1947)

"Yeni həyat qurucuları” (film, 1949)

"Gədəbəyin sərvəti” (film, 1950)

"Gənc Leninçilər” (film, 1951)

"Azərbaycan sərhədçiləri” (film, 1951)

"Quba bağlarında” (film, 1953)

"Bərəkətli torpaq” (film, 1954)

"Bəxtiyar” (film, 1955)

"Qızmar günəş altında” (film, 1957)

"Bakı və bakılılar” (film, 1958)

"Leyli və Məcnun” (film, 1961)