MUXTAR DADAŞOV

11.09.1913-07.05.1998

Muxtar Dadaşov Bakıda anadan olub. 1929-cü ildə artıq Gənc Tamaşaçılar Teatrında işləməyə başlayıb. Kiçik rollar oynayır, rejissor assistenti kimi fəaliyyət göstərib. Kinoya maraq onu 1931-ci ildə Bakı kinostudiyasına gətirib. Həmin il artıq o, burada operator assistenti kimi çalışıb. Onun çəkdiyi sənədli filmlər Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur.  "Sovet Azərbaycanı" sənədli filmi Kannda keçirilən (1951) beynəlxalq kinofestivalda xüsusi mükafata layiq görülüb. Muxtar Dadaşovun müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olub. Belə ki, o 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilib. Köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıblar. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib. Onun quruluşçu rejissor kimi ilk bədii filmi "Qanun naminə” filmi olub.

Filmoqrafiya 

"Samur-Dəvəçi kanalı”(film, 1940)

"Almanların Şimali Qafqazda vəhşilikləri” (film, 1943)

"Bakı döyüşür” (film, 1944)

"Arşın mal alan” (film, 1945)

"Qırmızı Ordu hissələrinin İrandan yola salınması” (film, 1946)

"Axşam konserti” (film, 1948)

"Azərbaycan qurur” (film, 1948)

"Mingəçevir” (film, 1949)

"Səhər nəğməsi” (film, 1950)

"Budyonnı Bakıda” (film, 1952)

"Arazın sahillərində” (film, 1953)

"Həyata keçmiş arzular” (film, 1954)

"Səadət yolu ilə” (film, 1956)

"Ağ qızıl" ustaları” (film, 1958)

"Bizim Azərbaycan” (film, 1959)

"Doğma torpaq, Azərbaycan” (film, 1960)

"Sabir” (film, 1962)

"Kür” (film, 1963)

"Əbədi qardaşıq” (film, 1965)

 "Nəriman Nərimanov” (film, 1966)

"Qanun naminə” (film, 1968)

 "Respublikam haqqında həqiqət” (film, 1972)

"Bakıda küləklər əsir” (film, 1974)

"Azərbaycan kinosunun 60 illiyi” (film, 1976)

"L. İ. Brejnev Bakıda” (film, 1979)

"Respublikaya üçüncü Lenin ordeni” (film, 1983)

"Bakı-42” (film, 1985)