NİCAT FEYZULLAYEV

01.11.1945


Nicat Feyzullayev Bakıda, Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda, 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunda təhsil alıb. 1970-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb, bir neçə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu-rejissoru, ssenari müəllifi olub.  1988-ci ildə çəkdiyi "Yaşa, qızıl balıq” qısametrajlı filmi rejissorun bədii kinoda ilk işi idi.

Filmoqrafiya

"Azərbaycanın memarlıq abidələri” (film, 1976)

"Yüz qramın qiyməti” (film, 1975)

"Arvadım mənim, uşaqlarım mənim” (film, 1978)

"Anaya məktub” (film, 1980)

"Belə bir şəhər var” (film, 1982)

"Yeni evlənənlər” (film, 1983)

 "Cinayətin astanası” (film, 1985)

"Nankorluq” (film, 1986)

"Yaşa, qızıl balıq” (film, 1988)

"Məhəmməd Füzuli” (film, 1989)

"Saqqallı binalar” (film, 1990)

"Dəyirman öz işindədir..” (film, 1990)

"Qara qızılın qara üzü "(film, 1990)

"Biz deməkdən yorulduq..”. (film, 1991)

"Abşeronda subtropik bitkilər” (film, 1991)(qısametrajlı sənədli film)

"Baba zeytun diyarında” (film, 1992)

"Küçələrə su səpmişəm” (film, 2004)