OQTAY MİR-QASIM

12.06.1943

Oqtay Mir Qasım 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir.

1993-2000-ci illərdə "Azərkinovideo”nun baş direktoru olub. Dövri mətbuatda hekayə və povestlərini çap etdirib: "Min birinci qastrol”, "Anlamaq istəyiram”, "Ovsunçu”, "Bu həqiqətin səsidir” və s. Onlarla bədii, sənədli və yumoristik ssenarilərin müəllifidir. Milli kino sənətinin inkişafında xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.


Filmoqrafiya 

"Dəniz” (film, 1965)

"Qobustan” (film, 1967)

"Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev” (film, 1968)

"Cəfər Cabbarlı” (film, 1969)

"Azərbaycan haqqında etüd” (film, 1969)

"Bakı haqqında 10 dəqiqə” (film, 1970)

 "Hörmətli alim yoldaşlar” (film, 1971)

"Gecə söhbəti” (film, 1971)

"Müstəntiq və məntiq" (film, 1971)

"Nəriman Nərimanov” (film, 1972)

"1001-ci qastrol” (film, 1974) (tammetrajlı bədii film)

"Əgər bir yerdəyiksə” (film, 1975)

 "Dostluq səfəri” (film, 1977)

"Gecəniz xeyrə qalsın” (film, 1977)

 "”Nəzarətin reydi "Mozalan"ın qeydi” (film, 1977)

"İşgüzar adamlar” (film, 1977)

"Leylək gözləyir” (film, 1977)

"Qara Qarayev-60” (film, 1978)

"Müqavilə” (film, 1978)

"Daha bir fənd” (film, 1978)

 "Fənd” (film, 1978)

"777 №-li sexdə” (film, 1979) (qısametrajlı bədii süjet-Mozalan № 47)

"Anlamaq istəyirəm” (film, 1980)(ikiseriyalı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor

"Günlərin bir günü...” (film, 1981)

"Kallıq” (film, 1981)

"Gümüşü furqon” (film, 1982)

 "Qorunmağa möhtac qoruq” (film, 1983)

"Məğlubedilməzlər” (film, 1983)

"Əhməd haradadır?” (film, 1983)

"Yeddi qoyun nağılı” (film, 1983)

 "Gedərgəlməz” (film, 1984)

"Cin mikrorayonda” (film, 1985)

"Cəza” (film, 1986)

"Dama dama...” (film, 1986)

"Şeytan göz qabağında” (film, 1987)

"Öpürəm” (film, 1988)

"777 №-li müəssisədə” (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)

"Günah” (film, 1989)

"Ovsunçu” (film, 2003)

"Mən kitabımı başlayıram” (film, 2006)

"Günaydın, mələyim!” (film, 2008)

"Qisas almadan ölmə. Keçmişdən məktublar” (film, 2014)