RAMİZ HƏSƏNOĞLU

13.04.1946

Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycanın teatr sənətində böyük xidmətləri olan Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir.  Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır.  Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur. R.Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. "Azərbaycanfilm” kinostudiyasında rejissor "Cavid ömrü”, "Sübhün səfiri” tammetrajlı bədii filmini çəkir.

 

Filmoqrafiya

"Onuncu planet” (1968)

"Gülər”( 1968)

"Firuzə " (1969)

"Tanatos mehmanxanası” (1969)      

"Bir parça həyat” (1969)       

"Parlaq tale” (1972)   

"Günəşlə görüşənlər” (1973)

"Son gecə” (1974)

"Gecə müsahibi” (1975)        

"Oğulla görüş” (1975)           

"Günəşin bacısı” (1975)        

"Bizim müasir qadınlar” (1976)        

"Dindirir əsr bizi” (1976)      

"Səməd Vurğun” (1976)       

 "Ötən ilin son gecəsi” (1978)           

"Müsabiqə”     (1978)

"Bir payız axşamı”     (1978)            

"Üç eskiz”      (1978)

"Yollar Görüşəndə” (1979)

 "Sumqayıt”    (1979)

"Qatarda” (film, 1981)

 "Ömrün yolları” (1982)        

 "Evləri Köndələn Yar” (1982)

 "Günahsız Abdulla”  (1984)

"Ordan-burdan”         (1987)

"Yaşıl eynəkli adam” (1987)

"Qonşu qonşu olsa...” (1989)

"Kamança”     (1993)

"Ac həriflər”   (1993)

 "Fatehlərin divanı” (1997)   

 "Ailə” (1998)

"Nigarançılıq” 1998   

"Xoşbəxt adam” (1999)        

"Yaşıl eynəkli adam” (1999)

"Dirsə xanın oğlu Buğacın boyu” (2000)     

"Nekroloq” (2001)

"Salur Qazanın evi talandığı boy” (2001)    

"Ömür ağacı”  (2002)

"Yaşıl eynəkli adam-3" (2002 )

"Dəvətnamə”  (2003)

"Yumurta”      (2003)

"Bəylik dərsi” (2007)

"Cavid ömrü” (2007)

"Anarın anları” (2008)          

"Evləri göydələn yar  (2010)

"Mürafiə vəkillərinin hekayəti” (2011)         

"Sübhün səfiri” (2012)