RÖVŞƏN ALMURADLI

19.04.1954

Rövşən Almuradlı 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb.1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət nazirliyi nəzdində M.İ.T.İnstitunda ali rejissorluq kursunu bitirib, Moskva Dövlət Akademik Satira teatrında təcrübə keçib. 1989-cu ildə "Azərbaycanfilm" kinostudiyasının "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı, 1993-1995-ci illərdə "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminə quruluş verib. 1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifi,  "Cavad xan” bədiii filminin quruluşçu rejissorudur.

 

Filmoqrafiya

"Hücum” (film, 1989)

"Azadlığa gedən yollar” (film, 1990)

"Qayalarda qalan səs” (film, 1995)

"Yük” (film, 1995)

"Etnoqrafik etüdlər” (film, 1996)

"Kleopatra”(film, 1996)

"Yaz yuxusunun işığı” (film, 1996)

"Qobustan” (film, 1997)

"Bəsdir, ağlama!” (film, 1999)

"Ünvansız qız” (film, 1999)

"Abbas və Gülgəz” (film, 2000)

"Qax abidələri” (film, 2001)

"Qudyalçay” (film, 2001)

"Padarçöl” (film, 2002)

"Koroğlu” (film, 2003)

"Cavad xan” (film, 2009)