RÜFƏT ƏSƏDOV

30.08.1960

Rüfət Əsədov 30 avqust 1960-cı ildə Naxçıvanda dünyaya gəlib. 17 yaşında Sankt-Peterburq şəhərində Texniki Universitetdə təhsil alır. Daha sonra "Lenfilm” in nəzdində fəaliyyət göstərən kinoməktəbində rejissorluğun sirlərini öyrənib Amerikalı prodüser O.Harençarın rəhbərliyi ilə "Sənədli Filimlər İstehsalı" kurslarında və "Promatheus production" (San-Fransisko,Kaliforniya ştatı,ABŞ) kinostudiyasında təcrübə keçir. İlk sənət işi 1998-ci ildə qurluşçu rejissor oldugu "Vahimə" qısametrajlı bədii filmi olub. Film "Fransanın Lorken şəhərində keçirilən kinofestifalda "Xüsusi mükafat", "Bakı səhər icra hakimiyyətinin", "Humay", və "Qızıl çıraq" Milli kino mükafatlarına layiq görülüb. Rejissorun quruluşu ilə 2004-ci ildə çəkilən "Arxada qalmış gələcək" bədii filmi isə müxtəlif festivallarda tamaşaçı rəğbətini qazanıb.

Filmoqrafiya

"Vahimə” (film, 1998)

"Neftçi” (film, 1999)

"Peşəkar” (film, 1999)

"Arxada qalmış gələcək” (film, 2005)

"Quba yəhudiləri” (film)

"Sirr” (serial, 2012)