ŞAMİL ƏLİYEV

26.06.1960

Şamil Yavər oğlu Əliyev 26 iyun 1960-cı ildə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1984-1989). 1990-cı ildən "Azərbaycanfilm" kinostudiyasında və bir neçə TV kanalında çalışıb. "Vətən sərhəddən başlayır" (2004, 30`, BTC), "Bakı Avropa Liseyi – İstedadlar Planeti" (2005, 30`, BTC) sənədli filmlərini çəkib. Azərbaycan kinematoqrafiyası haqqında ilk ensiklopedik saytı (http://www.cinema.aznet.org) işləyib hazırlayıb. 2008-ci ildən "Nurfilm" studiyasının təsisçisi və rəhbəridir. 2013-cü ilin mayında "Çölçü" filminə görə "Humay" milli mükafatına layiq görülüb.

Filmoqrafiya

"Etiraf” (film, 1992)

"Təsadüfi görüş” (film, 1999)

"Vətən sərhəddən başlayır” (film, 2004)

"BAL-istedadlar planeti” (film, 2005)

"Azərbaycan xalçası”

"Arxaik motivlər” (film, 2009)

"Çölçü” (film, 2012)