ƏLİSƏTTAR MƏLİKOV

15.03.1982-26.03.1971

Əlisəttar Məlikov 1892-ci ildə Bakıda anadan olub. Əmək fəaliyyətinə 20-ci illərdə Türk İşçi Teatrında başlayıb.  Böyük kinoda aktyor kimi fəaliyyət göstərməyə başlayan Məlikov 1948-ci ildən bəzi filmlərdə rejissor assistenti, II rejissor kimi çalışır. Böyük dramaturqumuz C.Cabbarlı eyniadlı əsəri əsasında yazdığı "Almaz” ssenarisini bir rejissor kimi ekranlaşdırmağı öz üzərinə götürür.  Kinematoqrafçıların fikrincə, Məlikov bədii kinematoqrafiya sahəsində professional səriştəyə, rejissor assistenti üçün vacib olan təşkilatçılıq bacarığına malik olub.

Filmoqrafiya

"Almaz” (rej.assist.) 1936

"Bakılılar” (rej.assist.) 1938

"Sualtı qayıt –T-9” (rej.assist.) 1943

"Arşın mal alan” (rej.assist.) 1945

"Fətəli xan” (rej.assist.) 1947

"Axşam konserti”  (sənədli film,rej.assist.) 1948

 "Mingəçevir” (sənədli film,rej.assist.) 1949

"Bakının işıqları” (rej.assist.) 1950

"Sovet Azərbaycanı” (sənədli film,rej.assist.) 1950

"Səhər nəğməsi” (sənədli film, rej.assist.) 1950

"Azərbaycanın müalicə ocaqları” (sənədli film, rej.assist.) 1951

"Doğma xalqımıza” (bədii-sənədli film, rej.assist.) 1954

"O olmasın, bu olsun” (rej.assist.) 1956

"Mahnı belə yaranır” (rej.assist.) 1957

"Kölgələr sürünür” (rej.assist.) 1958

"Bir qalanın sirri” (II rej.) 1959

"Böyük dayaq” (rej.assist.) 1962