TOFİQ TAĞIZADƏ

07.02.1919- 27.08.1998

Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olub.  1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb.  Cəmi 14 filmi tamamlayıb, 15-cini isə yarımçıq buraxmalı olub. 50-ci illərdə çəkdiyi üç filmlə: "Görüş", "Uzaq sahillərdə", "Əsl dost" milli kinomuza yeni nəfəs gətirib. Tofiq Tağızadə "Dədə Qorqud" dastanının motivlərini kinoya gətirən ilk kinorejissordur.  O həmçinin bir neçə filmdə rol ifa edib. Kinodakı əməyinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb.

Filmoqrafiya

"Görüş” (film, 1955)

"Uzaq sahillərdə” (film, 1958)

"Əsl dost” (film, 1959)

"Əmək və qızılgül” (film, 1962)

"Arşın mal alan” (film, 1965)

"Mən ki gözəl deyildim” (film, 1968)

"Yeddi oğul istərəm” (film, 1970)

"Şəbih” (film, 1971)

"Qızıl qaz” (film, 1972)

"Dədə Qorqud” (film, 1975)

"Evin kişisi” (film, 1978)

"Yeganə çıxış yolu” (film, 1980)

"Bağ mövsümü” (film, 1985)

"O dünyadan salam” (film, 1992)

"Köpək” (film, 1994)