VASİF BABAYEV

16.10.1940

Vasif Babayev 16 oktyabr 1940-cı ildə anadan olub. Gənc yaşlarından qardaşı Arif Babayev kimi televiziya və kino ilə maraqlanıb və 1965-ci ildə  Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-dən Azərbaycan dövlət telerviziya və radio verilişləri komitəsində əvvəlcə rejissor köməkçisi,assistenti,rejissoru kimi çalışıb. 1969-dan isə televiziyanın baş rejissoru olub. 1991-ci ildə Azərbaycan Dövlət Telerdio verilişləri komitəsinin bədii rəhbəri vəzifəsinə təyin edilib. 1994-1996-cı illərdə”MİR”dövlətlərarası Teleradio şirkətinin direktoru olub. 1996-1999-cu illərdə "SARA” müstəqil Teleradio şirkətinin icraçı direktoru vəzifəsində çalışıb. Vasif Babayev 1969-1987-ci illərdə onlarla geniş formatlı "Yeni il Mavi İşıq”televiziya proqramları və bayram verilişlərini quruluşçu rejissoru olub. O jurnalist Nadejda İsmayılova ilə birlikdə1988-ci ilin əvvəllərində kino-televiziya tarixində ilk dəfə olaraq Sovet Azərbaycanı KQB-nin arxivində araşdırmalar apararaq:”MikayılMüşfiq”, ”Abbas Mirzə Şərifzadə”,”Ülvi Rəcəb””Ruhulla Axundov”,  "Hüseyn Rəhmanov”,”SalmanMümtaz” kimi siyasi məhbusların şəxsi işləri əsasında bir sıra verilişlər hazırlayıb. 40-yaxın sənədli filmlərin müəllifi və rejissorudur.


Filmoqrafiya

"Odlar torpağı” (film, 1967)

"Sahil bağı” (film, 1967)

"Bakı beş dəniz limanıdır” (film, 1967)

"Zirvə buludu” (1968)

"Sovet Azərbaycanı” (film, 1972)

"Xuraman” (film, 1978)

"Sovet Azərbaycanı” (film, 1977)

"Şəki” (film, 1977)

"Azərbaycan iri addımlarla addımlayır” (film, 1979)

"Qızılı yamaclar” (film, 1982)

"Həqiqətin anı” (film, 1984)
 
"İçəri şəhər-əbədi nağıl2 (film, 1984)

"Nəbi Xəzri” (film, 1987)

"Kərim Kərimov” (film, 1988)