ELBƏY RZAQULİYEV

(17.06.1926-15.09.2007)
Elbəy Mirzə Həsən oğlu Rzaquliyev Bakıda ziyalı ailəsində anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nun rəssamlıq fakültəsinə daxil olub. Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Buna görə də daha sonralar onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf etmişdir. O, həm rəngkar, həm də kino rəssamı kimi fəaliyyət göstərmişdir.
Elbəy Rzaquliyevin 1960-cı ildə Bakıda, 1960-1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirilmiş və sənətsevərlərin diqqətini özünə cəlb etmişdir.
Ölkəmizdə və xaricdə çoxlu sayda sərgiləri keçirilib. Xalq rəssamı (1977), dövlət mükafatı laureatı (1986) Elbəy Rzaquliyev 2007-ci il sentyabrın 15-də 82 yaşında dünyasını dəyişib.
Filmoqrafiya:
Araqarışdıran (film, 1987)
Arşın mal alan (film, 1965)
Arxadan vurulan zərbə (film, 1977)
Arzularını çəkən rəssam (film, 2007)
Bakıda küləklər əsir (film, 1974)
Baladadaşın İlk Məhəbbəti (1974)
Bəxtiyar (film, 1955)
Bəyin oğurlanması (film, 1986)
Bir məhəllədən iki nəfər (film, 1957)
Dənizə çıxmaq qorxuludur (film, 1973)
Dərviş Parisi partladır (film, 1976)
Doğma xalqıma (film, 1954)
Əsl dost (film, 1959)
Əzablı yollar (film, 1982)
Fitnə (film, 1970)
Görüş (film, 1955)
Gün keçdi (film, 1971)
İstintaq davam edir (film, 1966)
Qara daşlar (film, 1956)
Qəm pəncərəsi (film, 1986)
Qəzəlxan (film, 1991)
Möcüzələr adası (film, 1963)
Musiqi müəllimi (film, 1983)
Ögey ana (film, 1958)
Onun bəlalı sevgisi (film, 1980)
Onun böyük ürəyi (film, 1958)
Sahilsiz gecə (film, 1989)
Səadət və əmək mahnıları (film, 1957)
Səhər (film, 1960)
Sevil (film, 1970)
Şeytan göz qabağında (film, 1987)
Skripkanın sərgüzəşti (film, 1972)
Sözsüz mahnı (film, 1972)
Telefonçu qız (film, 1962)
Torpaq. Dəniz. Od. Səma (film, 1967)
Tütək səsi (film, 1975)
Uşaqlığın son gecəsi (film, 1968)
Vulkana doğru (film, 1977)
Xüsusi vəziyyət (film, 1986)
Yarımçıq qalmış mahnı (film, 1979)
Yeddi gözəl (film, 1982)