• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

VAQİF MUSTAFAYEV

28.08.1953

Vaqif Mustafayev 1953-cü ilin avqust ayının 28-də Bakıda anadan olub.  Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu, daha sonra Moskvada Ali rejissorluq və ssenaristlik kurslarını bitirib. 1973-cü ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında rejissor köməkçisi, 1977-ci ildən rejissor, 1985-ci ildən rejissor və quruluşçu- rejissor vəzifələrində işləyib, bir neçə bədii filmin müəllifi olub. Filmləri bir sıra beynəlxalq festivalda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 28 avqust 2013-cü ildə isə silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. 2001-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini vəzifəsində çalışan Vaqif Mustafayevin "Belə lazımdır” qısametrajlı filmi  "Ən yaxşı rejissor işinə görə” (Moskva, 1982), "Musiqili xaş” "Ən yaxşı ssenariyə görə” (Moskva, 1983) mükafatlarına, "Yaramaz” tammetrajlı bədii filmi Azərbaycan Dövlət mükafatına (1988), Bolqarıstan, Yaponiya, ABŞ, Kanada və başqa ölkələrdə keçirilən kino festivallarının əsas mükafatına layiq görülüb. "Nakəs tammetrajlı bədii filmi" "Qızıl qartal” kinofestivalının iki əsas mükafatı (Tibilisi, 1991) və Avropa Türk – İslam Kültür birliyinin Qızıl medalı, "Hər şey yaxşılığa doğrudur” qısametrajlı bədii filmi beynəlxalq kino festivalının 4 mükafatının hamısı ilə təltif edilib.  "H.Əliyev. Əsl məhəbbət haqqında” – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə həsr edilmiş sənədli bədii silsilə filmlərin altıncı filmi IV "Avrasiya Teleforum” festivalında əsas prizə layiq görülüb.

Filmoqrafiya

"Belə lazımdır” (film, 1982)

"Fəryad” (film, 1993)

"Fransız" (film, 1995)

"Hər şey yaxşılığa doğru” (film, 1997)

"Heydər Əliyev. Birinci film. General” (film, 1996)

"Heydər Əliyev. İkinci film. Birinci” (film, 1999)

"Heydər Əliyev. Üçüncü film. Moskva. Kreml” (film, 1999)

"Heydər Əliyev. Dördüncü film. Lider” (film, 1999)

"Heydər Əliyev. Beşinci film. Tale” (film, 2000)

"Heydər Əliyev. Altıncı film. Əsl məhəbbət haqqında” (film, 2001)

"Heydər Əliyev. Yeddinci film. Bir həsədin tarixi” (film, 2002)

"Heydər Əliyev. Səkkizinci film. Professional” (film, 2004)

"Heydər Əliyev. Doqquzuncu film. Patriot” (film, 2004)

"Heydər Əliyev. Onuncu film. Xüsusi təyinat” (film, 2008)

"Kommersiya” (film, 1992)

"Nakəs” (film, 1991)

"Milli bomba” (film, 2004)

"Ləqəbi "İKA"dır” (film, 1997)

"Musiqili xaş” (film, 1984)

"Nankorluq” (film, 1982)

"Tətil” (film, 1991)

"Yapon" və yaponiyalı” (film, 1990)

"Yaramaz” (film, 1988)

"Yeni iş üsulu” (film, 1989)

"Yoxlama” (film, 2006)