• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

VAQİF SƏMƏDOĞLU

05.06.1939

1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. Şair, dramaturq, publisist, 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın Xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005). Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışmışdır. "Humay" mükafatı laureatıdır (1998).

Filmoqrafiya:

001-ci qastrol (film, 1974)(tammetrajlı bədii film)
Ağır şkaf (film, 1971)
Ayrılıq bir dənizmiş... (veriliş, 2002)
Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
Bəxt üzüyü (film, 1991)
Bircəciyim (film, 1986)
Cin mikrorayonda (film, 1985)
Çıxılmaz vəziyyət (film, 1983)
Evləri köndələn yar (film, 1982)
Gün keçdi (film, 1971)
Xəzinə (film, 1970)
Karvan (film, 1995)
Qətl günü (film, 1990)
Nəğməkar torpaq (film, 1981)
Toya dəvətnamə (film, 1973)
Vurğun ocağı (film, 2003)
Yaşıl eynəkli adam (film, 1987)
Yaşıl eynəkli adam-2 (film, 1999)
Yaşıl eynəkli adam-3 (film, 2002)
Yumurta (film, 2003)