• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

YALÇIN ƏFƏNDİYEV

24.07.1937

Yalçın Heydər oğlu Əfəndiyev 24 iyul 1937-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda  (ÜDKİ) təhsil alan Yalçın Əfəndiyev  orada 5 il müddətində Lev Kuleşov və Boris Belokurovdan rejissorluğun sirrlərini öyrənir. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib Bakıya gələndən sonra bir il assistent işləyib. "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli və bədii filmin quruluşunu verib, bir müddət kinostudiyasının xronikal-sənədli və elmi-kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib. Həmin dövrdə tariximizə, mənəvi dəyərlərimizə həsr edilən onlarla film öz peşəkarlığı ilə fərqlənib. "Azərbaycanfilm" kinostudiyasında çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi milli kinomuzda cizgi filmlərinin əsasını qoyub. Sənədli filmlərilə kinomuzda xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili” filmidir.

Filmoqrafiya

"Azərbaycan incəsənəti” (film, 1988)

"Dönüş” (film, 1999)

"Fransada Azərbaycan günləri” (film, 1985)

"Hikmətli miniatürlər” (film, 1991)

"Qırmızıbayraqlı Azərbaycan” (film, 1980)

"Suriyada” (film, 1970)

"Yusif Məmmədəliyev” (film, 1987)