CƏFƏR CABBARLI

(20.03.1899–31.12.1934)
Görkəmli Azərbaycan dramaturqu, şairi və nasiri, aktyor, ssenari müəllifi, rejissor, əməkdar incəsənət xadimi (1932). 1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olub. 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. 1924-cü ildə Azəraycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində təhsilini davam etdirib. Milli teatr və kinomuzun yaranması və inkişafında mühüm rol oynayıb. İlk milli kino ssenaristi. 
Filmoqrafiya:
Balıqçılar (film, 1927)
Hacı Qara (film, 1929)
Sevil (film, 1929)
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)
Almaz (film, 1936)
Cəfər Cabbarlının dəfni (film, 1935)
Sevil (film, 1970) 
Qayıdış (film, 1992) 
Onlar belə sevirdilər (veriliş, 2007)