ELDAR QULİYEV

18.01.1941
Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. 1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində, Serqey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.  İlk filmi "Biri vardı, biri yoxdu...” adlı qısametrajlı film idi.  Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub. Rejissora səs gətirən nğvbəti film 1979-cu ildə lentə aldığı "Babək” filmi idi. Film o illərdə 52 ölkə tərəfindən satın alınıb. Bunlarla yanaşı "Ən vacib müsahibə”, "Var olun, qızlar...”, "Ürək... Ürək...”, "Nizami”, "Nə gözəldir bu dünya...”, "Girov”, ”İstanbul reysi”, "Dərvişin qeydləri” və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur. Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan Eldar Quliyev  Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb, Qırmızı Əmək Bayrağı Ordeni, "Şöhrət” və "Şərəf” ordenləri ilə təltif olunub.
Filmoqrafiya
"Biri vardı, biri yoxdu...” (film, 1967) rejissor, ssenari müəllifi
"Sevinc buxtası” (film, 1977) rejissor, ssenari müəllifi
"Yalançını evinəcən qovarlar” (film, 1981) rejissor, ssenari müəllifi
"Nizami” (film, 1982) rejissor, ssenari müəllifi
"Gümüşgöl əfsanəsi” (film, 1984) rejissor, ssenari müəllifi
"Burulğan” (film, 1986) rejissor, ssenari müəllifi
"Çat” (film, 1988) Ssenari müəllifi
"Dünən, bu gün və...” (film, 1989) Ssenari müəllifi
"Təxribat” (film, 1990) rejissor, ssenari müəllifi
"Bizim Nəsibə xanım” (film, 1991) Ssenari müəllifi
"Özüm və zaman haqqında” (film, 1991) Ssenari müəllifi
"Nə gözəldir bu dünya...” (film, 1999) rejissor, ssenari müəllifi
"Şəhidlik zirvəsi” (film, 2001) Ssenari müəllifi
"Girov” (film, 2005) rejissor rejissor, ssenari müəllifi
"Unudulmuş qəhrəman” (film, 2005) rejissor, ssenari müəllifi
 "İstanbul reysi” (film, 2010) rejissor, ssenari müəllifi
"Dərvişin qeydləri” (film, 2013) rejissor, ssenari müəllifi