• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

ƏHMƏDAĞA MUĞANLI

(10.05.1926-04.08.2001)

Nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar Birliyinin üzvü (1962), Azərbaycan Dövlət mükafatı laureatı (1983), Əməkdar məddniyyət işçisi (1991). ADU-nun fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1947-1952). Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki..." hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir. 20-yə yaxın sənədli fılm ("Azərbaycan..., Azərbaycan...", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar..., qocalar" (1982), "Atları yəhərləyin" (S.Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.  "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cafar Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi fılmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon xalq deputatlar Sovetinin deputatı seçilmişdir (1969-1971). Doqquz SSRİ medalı və SSRİ Dövlət Kinematoqrafıya Komitəsinin Fəxri fərmanı, Zaqafqaziya Sərhəd Qoşunları Dairəsinin Fəxri fərmanı, "SSRİ-nin əlaçı kinematoqrafçısı", "Sərhəd qoşunları əlaçısı" döş nişanları ilə təltif olunmuşdur.

  
Filmoqrafiya:

60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
Alagöz yaylağında (film, 1955)
Arxadan vurulan zərbə (film, 1977)
Aşıq Ələsgər (film, 1972)
Azərbaycan, Azərbaycan (film, 1970)
Babək (film, 1979)
Bayquş gələndə (film, 1978)
Beşilliyin addımları (film, 1986)
Bizim kolxoz (film, 1959)
Bizim sərhədçilər (film, 1971)
Cazibə qüvvəsi (film, 1985)
Çobanbayatı (film, 1972)
Çobanlar (film, 1961)
Dağlarda döyüş (film, 1967)
Dədə Qorqud (film, 1975)
Doğma sahillər (film, 1989)
Əqrəb (film, 1972)
Əlaqə (film, 1989)
"Fransız" (film, 1995)
Gecə qatarında qətl (film, 1990)
Xoşbəxtlik qayğıları (film, 1976)
İki Xəzər (film, 1975)
İstintaq (film, 1979)
Köhnə bərə (film, 1984)
Kölgələr sürünür (film, 1958)
Qanlı zəmi (film, 1985)
Qəm pəncərəsi (film, 1986)
Qızıl uçurum (film, 1980)
Qoca palıdın nağılı (film, 1984)
Qocalar, qocalar... (film, 1982)
Qorxma, Mən Səninləyəm (1981)
Qurultaydan qurultaya (film, 1970)
M. F. Axundov (film, 1962)
Mən sərhədçiyəm (film, 1976)
Məndə sığar iki cahan... (film, 1973)
Mənim ağ tarlam (film, 1977)
Mənim universitetim (film, 1969)
Monoloq (film, 1987)
Muğanın dastanı (film, 1968)
Müstəqilliyin keşiyində (film, 1996)
Nizami (film, 1959)
Od içində (film, 1978)
Odla təmasda (film, 1972)
Ötür-ötür (film, 1980)
Sabir (film, 1962)
Şənlik bizə yaraşır (film, 1974)
Şeytan göz qabağında (film, 1987)
Vətən sərhəddən başlanır (film, 1988)
Vətənin keşiyində (film, 1988)
Bahar əyləncələri (film, 1989)