• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

FƏRMAN KƏRİMZADƏ

(03.03.1937-17.03.1989) 

Yazıçı, ssenari müəllifi, kino redaktoru. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdiri, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, böyük redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kollegiya üzvü (1970-1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir. F.Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qoca qartalın ölümü" və sair əsərlərin müəllifidir. 
 
Filmoqrafiya:

Arvadım mənim, uşaqlarım mənim (film, 1978)
Axırıncı aşırım (film, 1971)
Bizim küçənin oğlanları (film, 1973)
Camışçılıq (film, 1966)
Çətirimiz buludlardır (film, 1976)
Daş dözür (film, 1973)
Dərviş Parisi partladır (film, 1976)
Dörd bazar günü (film, 1975)
Mükafat, yoxsa... (film, 1980)
Oxuyur Şövkət Ələkbərova (film, 1970)
Şah və xidmətçi (film, 1976)
Tütək səsi (film, 1975)
Tütünün becərilməsi (film, 1967)
Ver verim (film, 1974)
Yağışlı havalarda (film, 1982)