• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

MƏMMƏDHÜSEYN TƏHMASİB

(1907 - 1982)

Ədəbiyyatşünas, folklorşünas, dramaturq, tərcüməçi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970).
Bakı pedaqoji texnikumunu bitirmişdir (1923-1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). 1933-1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939-1951), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək).
Azərbaycan folkloru kursu (1940), Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğulları (1942), Çiçəkli dağ (nağıl-pyes) (1965), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir.
1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.Rejissor Rza Təhmasibin qardaşıdır. 

Filmoqrafiya:

"Bir qalanın sirri"(film, 1959) 
"Onu bağışlamaq olarmı?" (film, 1959) 
"Məmmədhüseyn Təhmasib" (film, 2003)