• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

OKTAY MİR-QASIM

12.06.1943

Oktay Mir Qasım 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alır, Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdır. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. Azərbaycanın xalq artistidir.

1993-2000-ci illərdə "Azərkinovideo”nun baş direktoru olub. Dövri mətbuatda hekayə və povestlərini çap etdirib: "Min birinci qastrol”, "Anlamaq istəyiram”, "Ovsunçu”, "Bu həqiqətin səsidir” və s. Onlarla bədii, sənədli və yumoristik ssenarilərin müəllifidir. Milli kino sənətinin inkişafında xidmətlərinə görə bir sıra mükafatlara layiq görülüb.


Filmoqrafiya 

"Rəşid Behbudov” (film, 1975)

"Vətəndaş, həkim, alim” (film, 1984)

"Bir dəfə” (film, 1990)

"Kədərimiz... Vüqarımız...” (film, 1998)

"Şəhidlik zirvəsi” (film, 2001)

"Günaydın, mələyim!” (film, 2008)

"Qisas almadan ölmə. Keçmişdən məktublar” (film, 2014)