• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Kino xadimlərı

TOFİQ İSMAYILOV

06.04.1939

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. 1958-1962-ci Teatr İnstitutunun aktyorluq fakültəsində, sonra rejissorluq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaşaçılar Teatrında aktyorluqdan başlayan Tofiq İsmayılovAzərbaycan Respublikası Nazirlər Soveti Yanında Radio və Televiziya Verilişləri Komitəsində rejissor köməkçisi, rejissor, "Azərbaycanfilm" studiyasında rejissor köməkçisi, orada bədii təlimlər rejissoru vəzifələrində çalışıb. Daha sonra Moskvada kinorejissor və kinossenaristlərin iki illik ali kurslarında təhsil alıb. 1994-2006-cı illərdə dəvətlə Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində professor işləyib. İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşavir olub.

Filmoqrafiya

"İntizar” (1970)         

"Oxuyur Müslüm Maqomayev” (1971)        

"Yaşıl işıq” (1972)     

"Hədiyyə”      (1974)

"Azərbaycanın palçıq vulkanları”      (1979)

"Çovqan oyunu” (1979)        

"Lahıc” (1979)                 

"Mən mahnı qoşuram” (1979)

"Torpaq-kosmos-qarşılıqlı əlaqə”       (1984)

"Son tamaşa”  (1989)

"Özüm və zaman haqqında”  (1991)

"Prima” (1992)          

"Maestro” (2011)