Xalq artisti Əjdər İbrahimovun 100 illiyi qeyd olunub

Oktyabrın 29-da Nizami Kino Mərkəzində Azərbyacan Respublikası  Mədəniyyət  Nazirliyinin təşəbbüsü ilə Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor Əjdər İbrahimovun 100 illik yubileyi qeyd edilib.

Tədbiri  Cəfər Cabbarlı  adına  Azərbaycanfilm kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev  Əjdər İbrahimov  haqqda  çıxışı ilə  açıb. Cəmil Quliyev qeyd edib ki, Azərbaycan kinematoqrafiyasının inkişafında da böyük xidmətləri olan Əjdər İbrahimov çəkdiyi hər bir ekran əsəri ilə tamaşaçının qəlbinə yol tapıb. O, hər zaman türkçülüyü, azərbaycançılığı sevən bir şəxsiyyət olub.

Daha  sonra  isə  Ə.İbrahimovun  həyat  yoldaşı Marqarita Maleyevna, Russiyalı rəssam  Boris Blank, Əməkdar mədəniyyət işçisi  kinooperator Rafiq Qəmbərov, kinooperator  Nizami abbas  çıxış edərək  Əjdər  İbrahimovla bağlı  xoş  xatirələrini qonaqlarla  paylaşıblar. Sonda  isə kinooperator,  rejissor  Nizami  Abbasın  Ə.İbrahimov haqqda  çəkdiyi  "Narahat  adam"  sənədli  filmi  nümayiş  olunub.

Qeyd edək ki, görkəmli rejissor müharibə dövrü keçib, bir neçə  ölkənin azad olunmasında  iştirak edib. Sonradan o, kino sahəsində fəaliyyətə başlayıb. Bir müddət sonra Vyetnama göndərilib. Vyetnam kinematoqrafiyasının məşhur rejissorları məhz onun emalatxanasında çalışıblar. Xalq artisti Vyetnam kinosuna böyük töhfələr verib. Ə.İbrahimovun fəaliyyəti “Mosfilm”lə də bağlı olub. O, bu kinostudiyada sıravi işçi deyil, böyük birliyin rəhbəri kimi çalışıb. İndiki bir sıra məşhur rus rejissorları vaxtilə Əjdər İbrahimovun dəstəyindən yararlanıblar. SSRİ-nin Xalq artisti, həmçinin Rusiya ilə Türkiyə arasında mədəni körpünün qurulmasında iştirak edib”.