Tatyana Kərimovanın yubileyi qeyd olunub.

Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında uzun illər çalışmış səs operatoru Tatyana Kərimovanın yubileyi qeyd olunmuşdur. Kinostudiyanın direktoru əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Tatyana Kərimovanı təbrik etmiş və ona gələcək həyatında uğurlar diləmişdir. Tədbirdə Tatyana Kərimova ilə yanaşı həmçinin onun sənət yoldaşlarıda iştirak etmişdirlər. Uzun illər onunla birgə çalışmış əməkdar artist , aktyor ,

rejissor Elxan Qasımovda yubilyarla bağlı xoş xatirələrini qonaqlarla bölüşmüşdür.
Tatyana Kərimova bir çox filmlərdə çalışmışdir. Onlardan:
"Qorxma, mən səninləyəm”
"İlıq dənizdə buz parçası"
"Avqust gələndə”
"Qəm pəncərəsi"
"İmtahan"
"Həmyerli"
"Qətl günü"
Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyası adından Tatyana Kərimovanı ad günü
münasibəti ilə təbrik edirik ona uzun ömür can sağlığı arzu edirik.