"Ulduz" 50

"Balans" milli rəqəmsal studiyası "Ulduz" filmini bərpa edərək, illər öncə olduğu kimi yenidən  Nizami kino mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci yenilənmş versiyasının  təqdimatını keçirdi. 

Gecədə "ANS" şirkətlər qrupunun rəhbəri, bu layihənin müəllifi, rejissor Vahid Mustafayev açılış nitqi ilə çıxış edərək qeyd etdi ki, "Balans" milli rəqəmsal studiyası "Ulduz" filminin lentini onun 50 illiyində bərpa etmək qərarına gəlib.
Gecədə həmçinin "Azərbyacanfim" kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi, professor Cəmil Quliyevdə çıxış edərək qeyd etdi ki, filmlərin bərpa olunması, qorunub saxlanılması çox  vacib məsələlərdən biridir və bu Azərbaycan kinematoqrafiyası üçün bir bayramdır. Cəmil Quliyev öz çıxışında tarixə nəzər salaraq  "Ulduz" fiminin yaranma tarixindən söz açaraq  filmin bəstəkarı Süleyman Ələskərovun xatirəsini yad etdi. Daha  sonra Cəmil Quliyev, bildirdiki digər filmlərlə müqaisədə Musiqli kinokomediyanın bərpası daha çətin bir prossesdir. Ancaq çətin olmasına baxmayaraq "Balans" milli rəqəmsal studiyası bu işin öhdəsindən layiqincə gəldiyinə görə ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayevi və Balans milli rəqəmsal studiyasını  təbrik etdi və minnətdarlığını  bildirdi. 

Daha sonra gecədə "Ulduz" filmində Yetər obrazının ifaçısı  aktrisa Suğra Bağırzadə, Süleyman Ələskərovun nəvəsi Tahir İmanovda çıxış edərək öz ürək sözlərini bildirdilər. 
Qeyd edək ki, Film 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda "Ulduz" musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məşhur sənətkarlar rol alıb.

 

"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50
"Ulduz" 50

"Ulduz" 50