Nəsimi 650

Nəsimi  650Mədəniyyət Nazirliyinin dəstəyi ilə dekabrın 20-si Nizami Kino mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Balans" milli rəqəmsal studiyasının bərpa etdiyi "Nəsimi filminin təqdimat mərasimi keçirildi.
Təqdimatda ilk olaraq ANS şirkətlər qrupunun rəhbəri, rejissor Vahid Mustafayev çıxış etdi. O, "Nəsimi" filminin bərpa prossesinin çətinlikləri barədə söz açdı və əyani olaraq ekranda filmin əvvəlki və bərpadan sonrakı formasını qonaqlara nümayiş etdirdi.
Daha sonra Əməkdar incəsənət xadimi, "Azərbaycanfilm" kinostudiyasının direktoru Cəmil Quliyev çıxış edərək filmin bərpasına görə "Balans" milli rəqəmsal studiyasına təşəkkürünü bildirib və 2020-ci ildə də bu kimi layihələrin davamlı olacağına inandığını bildirdi.
Sonda qonaqlara "Nəsimi" filminin bərpa olunmuş versiyası nümayiş olundu.
Qeyd edək ki, Film 1973-cü ildə rejissor Həsən Seyidbəyli tərəfindən "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb. Filmdə məşhur aktyorlar - Rasim Balayev, Muxtar Maniyev, Yusif Vəliyev, Xalidə Quliyeva və digər məşhur sənətkarlar rol alıb.

Nəsimi  650
Nəsimi  650
Nəsimi  650
Nəsimi  650
Nəsimi  650
Nəsimi  650
Nəsimi  650
Nəsimi  650