Kamil Nəcəfzadə 90

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə və  Dövlət Film Fondunun təşkilatçılığı ilə  Nİzami kino  mərkəzində Xalq rəssamı Kamil Nəcəfzadənin 90 illiyi qeyd olundu. Tədbirdə rəssamın sənət yoldaşları ilə yanaşı həmdə Kamil  Nəcəfzadənin oğluda iştirak etdi və atası haqqında xatirələrini tamaşaçılarla bölüşdü. Gecənin aparıcısı Orxan Fikrətoğlu oldu. Gecədə Kamil Nəcəfzadə sağikən oğlu Şamil Nəcəfzadənin atası haqqında çəkdiyi film tədbir boyu nümayiş olundu. Sanki, yubilyarla canlı ünsiyyət quruldu.     

Kamil Nəcəfzadə kino və rəngkarlıq sahəsindəki nailiyyətlərinə görə 1964-cü ildə Çeçen-İnquş Respublikasının Əməkdar incəsənət xadimi, 1976-cı ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının Xalq rəssamı kimi yüksək fəxri adlara, iki dəfə Dövlət mükafatına layiq görülmüş, müxtəlif orden və medallarla təltif olunmuşdur. Rəssam müstəqil respublikamızın ali mükafatına - "Şöhrət" ordeninə layiq görülmüşdü.

Kamil Nəcəfzadə 40-a yaxın filmin quruluşçu rəssamı olmuşdur.

O "Bir məhəlləli iki oğlan", "Uzaq sahillərdə", "Qara daşlar", "Mən rəqs edəcəyəm", "Bir cənub şəhərində", "Səmt küləyi", "Qaçaq Nəbi", "Ad günü" filmlərinin quruluşçu rəssamı olmuşdur.

Kamil Nəcəfzadə 90