Azər Quliyev 60

Azərbaycanfilm kinostudiyasında, uzun illər direktor müavini çalışan , prodüser Azər Quliyevin 60 illik yubileyi qeyd olunub. Tədbirdə kinostudiyanın direktoru, əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev, kinorejissor, xalq artisti Oqtay Mirqasımov, əməkdar incəsənət xadimi, kinorejissor Elxan Qasımov və başqaları çıxış edərək Yubilyarı təbrik etdilər.

Qeyd edək ki, Azər Quliyev 1985-ci ildən 2002-ci ilə qədər “Azərbaycanfilm” kinostudiyasında baş iqtisadçı, 2002-ci ildən isə kinostudiyanın istehsalat və maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. Bu illər ərzində “Qəzəlxan” (1993), “Qəm pəncərəsi” (1986) və “Cavad xan” (2009) mürəkkəb quruluşlu tarixi filmlərdə, xarici ölkələrlə müştərək istehsalı olan “Üç qız” (2006), “Salandar”(1995) və “Ondan yaxşı qardaş yox idi” (2010), dərin psixoloji xarakterli “Başqa dünya” (1992) “Ata” (1988) və “Süd dişinin ağrısı” (1987) və müasir problemlərə həsr olunmuş “Qala” (2008), “Buta” (2010) və “Çölçü” (2011) filmlərində icraçı prodüser kimi fəaliyyət göstərmişdir. Azər Quliyev bir çox filmlərin prodüseri, bəzi film layihələrinin müəllifi və rəhbəridir. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş və o, 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Kinostudiyanın kollektivi adından Azər Quliyevi yubiley münasibəti ilə təbrik edirik!

Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60
Azər Quliyev 60