“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

Şamil Əliyevin “Çölçü” filmi Hindistanda keçirilən Kəlküttə Kult Beynəlxalq Film Festivalının mart ayı üzrə “Ən yaxşı bədii film” mükafatına layiq görüldü.

“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2012-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rrəssamları Rafiq Nəsirov və İbrahimxəlil Əminov, bəstəkarı Rauf Əliyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Vidadi Həsənov, Salome Demuria,Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və digərləri canlandırırlar.

Qeyd edək ki, “Çölçü” bədii filmi beş qitəni əhatə edərək 32 beynəlxalq film festivallarında iştirak edib, 10-dan artıq mükafata layiq görülüb. 

“Çölçü” Hindistanda “Ən yaxşı bədii film” mükafatına layiq görülüb