• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Xəbərlər

Mədəniyyət və Turizm Nazirliyi elan edir!

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2017-ci il dekabrın 10-dan 2018-ci il aprelin 20-dək qısametrajlı bədii film layihələri müsabiqəsi elan edilmişdir.

19 dekabr saat 11:00-da Nizami Kino Mərkəzinin Mətbuat zalında müsabiqədə iştirak etmək arzusunda olan ssenarist, prodüser və rejissorları maraqlandıran məsələlərlə əlaqədar təşkilatçılarla tövsiyə xarakterli görüş keçiriləcək.

Qeyd edək ki, müsabiqə kinematoqrafiya sahəsində fəaliyyət göstərən gənclərin yaradıcılığını stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək məqsədi ilə elan olunmuşdur.

Müsabiqədə film istehsalı ilə məşğul olan müstəqil kino şirkətləri iştirak edə bilər.

Qaliblərin adları 2018-ci il aprelin 20-dək Nazirliyin www.mct.gov.azsaytında və “Mədəniyyət” qəzetində açıqlanacaq. Münsiflər heyətinin seçdiyi qalib layihələr “Azərbaycanfilm” kinostudiyasının istehsalat bazasında və kinostudiyanın maliyyə təminatı ilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında həmin layihələri təqdim etmiş şirkətlər tərəfindən çəkiləcək.