• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Xəbərlər

"Nar bağı" filmi Brüsseldə keçirilən festivalda nümayiş olunacaq

17-21 yanvar tarixlərində Brüsseldə yerləşən BOZAR incəsənət təşkilatında BRIDGES festivalı keçiriləcək. Müsabiqə xarakteri daşımayan festivalın məqsədi Qafqaz regionu və Şərqi Avropa ölkələrindən yeni və klassik filmlərin nümayişini və bu ölkələrin film mütəxəssislərinin görüşünü təşkil etməkdir.
Festivalda “Azərbaycanfilm” kinostudiyasının və “ Buta film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” filmi nümayiş olunacaq. Filmi rejissor İlqar Nəcəf təmsil edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.
Rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar.