• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Xəbərlər

“Azərbaycanfilm” kinostudiyasının yeni uğuru

Türkiyədə keçirilən Hak-iş Beynəlxalq Qısa Film Yarışmasında Amil Məmiyevin “Qara bağ” filmi “Ən yaxşı film” nominasiyasının qalibi olmuşdur. Eyni zamanda, filmin baş qəhrəmanı Elxan Abbasov da festivalın “Ən yaxşı aktyor” mükafatına layiq görülmüşdür.

 

“Azərbaycanfilm” kinostudiyasının yeni uğuru
“Azərbaycanfilm” kinostudiyasının yeni uğuru
“Azərbaycanfilm” kinostudiyasının yeni uğuru

 

Dünən baş tutan mükafatlandırma mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş qaliblərin mükafatlarını təqdim etmişdir.
Qeyd edək ki, film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmişdir. Filmin quruluşçu rejissor və ssenari müəllifi Amil Məmiyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Əziz Məmmədov, bədii rəhbər Cəmil Quliyev, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.