İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubiley tədbiri

“Azərbaycanfilm” kinostudiyasında milli kino sənətimizin inkişafinda öz xüsusi yeri, xidmətləri olan istedadlı səs operatoru Əsəd Əsədovun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi. 

1970-ci ildə Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayan Əsəd Əsədov 100-dən artıq bədii və sənədli filmin, “Mozalan” satirik kinojurnalının 150 – dən çox süjetinin səs operatoru olmuşdur. “Firəngiz”, “Onun bəlalı məhəbbəti”, “Bəyin oğurlanması”, “Süd dişinin ağrısı”, “Cin mikrorayonda”, “Təxribat”, “Günlərin bir günü”, “Yaramaz”, “Əlvida, cənub şəhəri”, “Hacı Qara”, “Güllələnmə təxirə salınır”, “Ailə”, “Biz qayıdacağıq”, “Küçələrə su səpmişəm”, “Məhkumlar” və digər filmlərdə hər dəfə rejissorların bütün yaradıcılıq ideyalarını bacarıqla həyata keçirmiş, səs tərtibatı sənəti və texnikasını əla bilən bir professional olduğunu, parlaq yaradıcılıq istedadını nümayiş etdirmişdir.

 

 

 İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubiley tədbiri

İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubiley tədbiri

 İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubiley tədbiri

İstedadlı səs operatoru Əsəd Əsədovun 70 illik yubiley tədbiri

 

  Yüksək peşəkarlıq, savad və təşkilatçılıq bacarığı, kinotexnologiyanı dərindən bilməyinin nəticəsi olaraq,10 ildən artıq bir dövr ərzində texnika üzrə direktor müavini – baş mühəndis kimi rəhbər vəzifədə çalışmışdır. Keçdiyi bu məhsuldar yaradıcılıq yolundakı uğurları layiqincə qiymətləndirilmiş və 1991-ci ildə “Yaramaz” filminə görə Dövlət Mükafatına, 2003-cü ildə “Ailə” bədii filmindəki işinə görə “Ən yaxşı səs rejissoru” nominasiyasında “Qızıl Çıraq” mükafatına, 2000-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülmüşdür.
Hörmətli Əsəd müəllim!
Sizi bir daha 70 illik yubileyiniz münasibəti ilə təbrik edir, sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar diləyirik!