“Çölçü” filmi növbəti dəfə “Qızıl Tülkü” mükafatının nominantı olub

Şamil Əliyevin “Çölçü” filmi növbəti dəfə “Qızıl Tülkü” mükafatının (Golden Fox Award) nominantı olaraq Kəlküttədə beynəlxalq film festivalına (Calcutta İnternational Cult Film Festival) dəvət almışdır.
Mükafat təqdim etmə mərasimi 5 və 6 dekabr tarixlərində baş tutacaq.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin
sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.