• 1923-cü ildən etibarən xidmətinizdəyik!

Xəbərlər

“Çölçü” filmi GOLD MOVIE AWARDS Beynəlxalq Festivalında

Şamil Əliyevin “Çölçü” filmi GOLD MOVIE AWARDS Beynəlxalq Festivalında “GODDESS NIKE” Mükafatının finalına seçilmişdir. Mükafatlandırma mərasimi yanvar ayının 11-də Londonda keçiriləcək.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

 

“Çölçü” filmi GOLD MOVIE AWARDS Beynəlxalq Festivalında