“Çölçü” filminin yeni uğuru

“Çölçü” filminin yeni uğuru

 

 

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi CULT CRITIC MOVIE
AWARDS yanvar mövsümünün Ən
Yaxşı Bədii Film Mükafatına layiq görülmüş və JEAN LUC GODARD mükafatının nominantı statusunu qazanmışdır.
Mükafatlandırma mərasimi 2018-ci ilin ortalarında Hindistanın
Kəlküttə şəhərində keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilmiş “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin prodüseri Müşfiq Hətəmovdur.

http://hlc-cultcritic.com/monthly-result-january-2018/