Məzahir Həşimovun “Eliza” filmi Nyu-Yorkda keçirilən “Bronx World Cinema” festivalında iştirak edib

Məzahir Həşimovun “Eliza” filmi Nyu-Yorkda keçirilən “Bronx World Cinema” festivalında iştirak edib

 

12-14 yanvar tarixlərində ABŞ-ın Nyu-York şəhərində keçirilən “Bronx World Cinema” festivalında ölkəmizi rejissor Məzahir Həşimovun “Eliza” filmi təmsil etmişdir.

“Debüt” studiyasında lentə alınmış filmin bədii rəhbəri kinorejissor, Xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, quruluşçu operatoru Yuri Varnovskidir. Ekran əsərində Dəniz Tacəddin, Toğrul Rza və Hicran Nəsirova rol alıb.