Azərbaycanlı kino bəstəkarları beynəlxalq təlimdə

Azərbaycanlı kino bəstəkarları beynəlxalq təlimdə

 

 "British Council"-un yeni layihəsi olan ENVİSİON SOUND proqramı çərçivəsində Ukraynada kino bəstəkarlarının professional inkişafına dəstək məqsədi ilə təlim keçirilmişdir. Təlimdə Azərbaycanı Azər Hacıəsgərli və Firudin Allahverdi təmsil etmişdir.

 Dünyada tanınmış mütəxəssislər tərəfindən keçirilən təlimlərin məqsədi kino bəstəkarlarının yaradıcılıq qabiliyyətini artırmaq, bu sahədə yeni əməkdaşlıqlara töhvə vermək və film üçün musiqi yazılışı prosesini araşdırmaq olmuşdur. Təlimdə Azərbaycan və Ukrayna da daxil olmaqla 5 müxtəlif ölkədən incəsənət nümayəndəsi iştirak etmişdir.